×
A
A
A
Sazlamalar

Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir başlayıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna voleybolçuları mübarizə aparırlar.
Qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri yarışır.
Azərbaycanı turnirdə Ruslan Əliyev–Vüsal Qurbanov, Vadim Kutukov–Pərviz Səmədov, Fidan Ağaməmmədova–Dünya Vəliyeva, İlhamə Əliyeva–İrina Abbaszadə və Nazilə Səlimova–Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edir.
Turnirə oktyabrın 14-də yekun vurulacaq.

İdman 2017-10-11 14:50:00