×
A
A
A
Sazlamalar

Azərbaycanın U-19 komandası kiprli həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan millisi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki “Ferrycarrig Park” stadionunda Kipr yığması ilə qarşılaşacaq.
Azərbaycan-Kipr oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.

 

İdman 2017-10-10 11:59:00