×
A
A
A
Sazlamalar

“Araz” futzal komandası EKOL-un qapıçısını heyətinə qatıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 11-dən futzal üzrə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək “Araz” klubu heyətini gücləndirib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Alesio da Silvanın istəyi ilə EKOL və milli komandamızın qapıçısı Emin Kürdov icarəyə götürülüb.
Təcrübəli qapıçı Anar Məmmədovu əvəzləyəcək. O, UEFA kuboku oyunlarında 12 nömrəli forma altında meydana çıxacaq.
E.Kürdov yalnız UEFA kuboku çərçivəsində keçiriləcək oyunlarda “Araz”a kömək edəcək, Yüksək Liqanın matçlarında isə EKOL-un qapısını qoruyacaq.

İdman 2017-10-10 11:39:00