×
A
A
A
Sazlamalar

Qəbələ cüdoçuları regional birinciliyin qalibi olublar

Bakı, 10 oktyabr, AZƏRTAC 

İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilib. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar.
Daha çox medal qazanan Qəbələ cüdoçuları birinci yeri tutublar.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

 

İdman 2017-10-10 11:32:00