×
A
A
A
Sazlamalar

Azərbaycan idmançısı Dünya Kuboku yarışında tamblinq növündə bürünc medal qazanıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Batut gimnastikası üzrə yığma komandamızın üzvləri İspaniyanın Valladolid şəhərində keçirilən Dünya Kubokunda iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil ediblər.
Bir neçə gün əvvəl Portuqaliyada keçirilən Dünya Kubokunun qızıl medalına sahib olan Mixail bu turnirdə də uğurlu çıxışı ilə yadda qalıb. Gimnastımızın tamblinq cığırındakı hərəkətlərinin icrası hakimlər tərəfindən 70,900 xalla dəyərləndirilib. Bu isə ona yarışların bürünc medalını qazandırıb.

İdman 2017-10-09 19:22:00