×
A
A
A
Sazlamalar

“Fənərbağça” klubu “Şaxtyor Donetsk”in yarımmüdafiəçisi ilə maraqlanır

Bakı, 9 oktyabr, AZƏRTAC

İstanbulun “Fənərbağça” futbol komandası Ukraynanın “Şaxtyor Donetsk” klubunun yarımmüdafiəçisi Bernard ilə maraqlanır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul klubunun rəhbərliyi komandanın uğursuz çıxışı ilə əlaqədar qış transfer dövründə heyətə yeni futbolçuların cəlb olunmasını planlaşdırır.
Rəhbərliyin fikrinə görə, Bernard fransalı xavbek Matye Valbuena ilə birgə gözəl oyun nümayiş etdirə bilər.
Qeyd edək ki, Bernardın Ukrayna klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.

İdman 2017-10-09 18:29:00