×
A
A
A
Sazlamalar

“PSJ” Neymarın xahişi ilə Koutinyonu transfer etmək niyyətindədir

Bakı, 9 oktyabr, AZƏRTAC
“Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyo əvvəlki kimi “PSJ”nin maraq dairəsindədir.
AZƏRTAC xəbər verir ki, parislilər hələ iyulda, Koutinyonun həmvətəni Neymarın 222 milyon avro məbləğində “Barselona”dan transferi zamanı onun xahişi ilə bu barədə düşünüblər.
“PSJ” Futbol Klubu kataloniyalıların təklifini təkrarlamağa hazır idi. Lakin Neymarın dilə tutmasına baxmayaraq, Koutinyo “Kamp Nou”ya keçmək istəyib. Nəticədə “Liverpul” sazişə yol verməyib.
İndi “PSJ” mövsümün sonunadək Koutinyonu əldə etməyə yenə səy göstərir.
Xatırladaq ki, bundan əvvəl Neymar “Arsenal”ın yarımmüdafiəçisi Aleksis Sançesi transfer etməyi Fransa klubundan xahiş edib.

İdman 2017-10-09 18:26:00