×
A
A
A
Sazlamalar

Yaranı sağaldan unikal yapışqan

Bakı, 7 oktyabr, AZƏRTAC
“MeTro” adı verilən yeni yapışqan qanaxmanı dayandıraraq yaranı sağaltmaq xüsusiyyətinə malikdir.
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, yapışqanın tərkibinə ultrabənövşəyi işığın təsiri altında orqan toxumaları ilə müqayisədə daha möhkəm materiala çevrilən zülallar daxildir. “MeTro” yapışqanını yaraya vurduqda bir dəqiqə ərzində tədricən sorulur və parçalanmış toxumaları bərpa edərək birləşdirir.
Yapışqanı fövqəladə hallar, avtomobil qəzaları və yaxud döyüş əməliyyatları zonalarında istifadə etmək olar.
Alimlər hələlik materialı laboratoriya donuzu üzərində sınaqdan keçiriblər.

Bu maraqlıdır 2017-10-07 20:37:00