×
A
A
A
Sazlamalar

Yapon alimlərin hazırladığı cihaz kütləvi şəkildə iPS hüceyrələri istehsal edəcək

Tokio, 7 oktyabr, AZƏRTAC 

AZƏRTAC xəbər verir ki, yapon araşdırmaçılar qrupu tərəfindən iPS - pluripotent kök hüceyrələrini kütləvi istehsal edən yeni cihaz hazırlanıb.
Həmin hüceyrələr orqanizmin regenerativ tibdə istifadə edilən hüceyrələrinin və toxumalarının becərilməsi üçün çoxlu sayda lazımdır.
Yeni cihaz, avtomatik olaraq karbon dioksidin sıxlığını 5 faiz həddində saxlayır və bu, hüceyrələrin ən səmərəli şəkildə bölünməsinə imkan yaradır. Alimlər bildiriblər ki, bu, 20x30 santimetr ölçüdə nazik plitələrin köməyi ilə mümkün olub.
Cihazın bir dəfədə təxminən bir milyard iPS hüceyrəsi istehsal etdiyi bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2017-10-07 02:16:00