×
A
A
A
Sazlamalar

“Google Drive” servisi “Files” proqramını dəstəkləməyə başlayıb

Bakı, 2 oktyabr, AZƏRTAC

"Google" şirkəti faylların saxlanılması üçün nəzərdə tutulmuş "Google Drive" proqramını yeniləyib və indi o, "iOS 11" mobil sistemində işləyən "Files" proqramını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu haqda "Apple Insider" nəşri məlumat yayıb.
Məlumata görə, vaxt ötdükcə servislərin bir çoxu "Files" proqramını dəstəkləyir. Onlar arasında "Dropbox", "Amazon Drive" və "iCloud Drive" xidmətləri var. İndi "Google Drive" servisi də artıq bu proqramı dəstəkləyir.
"Files" proqramı "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğuda saxlanılan bütün məzmuna baxmağa imkan verir. İstifadəçi bu proqramın köməyilə faylı aça, redaktə edə, köçürə, adını dəyişdirə və yükləyə bilər.

Bu maraqlıdır 2017-10-02 12:54:00