×
A
A
A
Sazlamalar

“Ağıllı” zavod tikiləcək

Bakı, 29 sentyabr, AZƏRTAC

“LG Electronics” şirkəti Koreya Respublikasında 600 milyard von (525 milyon dollar) dəyərində zavodun inşa edilməsi ilə bağlı planlarını açıqlayıb. Zavodun işində süni intellekt və əşyaların interneti texnologiyalarından istifadə olunacaq.
AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, ümumi sahəsi 336 min kvadratmetr olacaq zavodun tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Zavodun fəaliyyətinin bütün mərhələləri vahid sistemlə idarə olunacaq. Süni intellekt hər bir mərhələnin arasındakı vaxtı azaldaraq bütün istehsal prosesinə (istehsalın planlaşdırılmasından avadanlığın istismarına qədər) avtomatik nəzarət edəcək.

 

Bu maraqlıdır 2017-09-29 18:01:00