×
A
A
A
Sazlamalar

İnsanları tanıyan qapı zəngi hazırlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Ev üçün qurğu istehsalçısı “Nest Labs” kamera ilə təchiz edilmiş qapı zənginə sifətin tanınması texnologiyasını əlavə edib.
AZƏRTAC futurist.ru saytına istinadla xəbər verir ki, “ağıllı” qapı zəngi yad və ya tanış insanın yaxınlaşması barədə sahibinə xəbərdarlıq edə bilir. Gələn ilin ilk üç ayı ərzində satışa çıxarılacaq qurğunun qiyməti hələlik açıqlanmayıb.
Qeyd edək ki, “Google” “Nest Labs” şirkətini 2014-cü ildə 3,2 milyard dollara satın alıb. Şirkət internetə qoşulan termostatlar, tüstü sensorları və avtonom təhlükəsizlik kameraları istehsal edir.

 

Bu maraqlıdır 2017-09-22 14:33:00