×
A
A
A
Sazlamalar

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir

Aşqabad, 20 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Oyunların dördüncü günündə - sentyabrın 20-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, atçılıq, futzal, tennis, atletika, ciu-citsu, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.
Bu gün 37 dəst medal sahibini tapacaq.
Qeyd edək ki, "Aşqabad-2017"də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.

Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad

İdman 2017-09-20 10:35:00