×
A
A
A
Sazlamalar

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər ölüb

Bakı, 20 sentyabr, AZƏRTAC
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “Mercedes” markalı minik avtomobilindən çıxarıblar.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2017-09-20 09:34:00