Çində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub
Dunxuan, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Çinin Qansu əyalətinin Dunxuan şəhərində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi Çinin “Jenmin Jibao” qəzeti tərəfindən təşkil edilən “Bir kəmər, bir yol” Media Əməkdaşlığı Forumu çərçivəsində keçirilir. Əlli bir ölkə və 3 beynəlxalq təşkilatın təmsil olunduğu sərgidə 124 nümayəndə iştirak edir.
Çinin mədəniyyət naziri Luo Şuqan sərginin məqsədinin xalqların mədəniyyət sahəsində nailiyyətlərinin nümayiş olunması, müzakirələrin aparılması, əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. O, İpək yolu ənənələrinə sadiq qalaraq “Bir kəmər, bir yol” təşəbbüsünün mədəniyyət, iqtisadiyyat, turizm sahələrində əlaqələrin genişləndirilməsinə, bu marşrut üzərindəki ölkələrin birgə inkişafına, onların mədəni inteqrasiyasına yönləndiyini vurğulayıb.
Sərgidə İpək yolu ölkələrinin incəsənət nümayəndələrinin əsərləri, qədim tarixi eksponatlar, həmçinin iştirakçı dövlətlərin sənaye məhsulları nümayiş etdirilir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir