×
A
A
A
Sazlamalar

Ukraynanın tanınmış müğənnisi Bakıda konsert verəcək

Bakı, 20 sentyabr, AZƏRTAC
Ukraynanın Xalq Artisti Tina Karol Bakıda konsert verəcək.
AZƏRTAC xəbər verir ki, konsert noyabrın 25-də “Elektra Events Hall”da baş tutacaq.
Qeyd edək ki, müğənni “Eurovision-2006” mahnı müsabiqəsində Ukraynanı “Show Me Your Love” mahnısı ilə təmsil edib və 7-ci yerdə olub.

Musiqi 2017-09-20 04:51:00