×
A
A
A
Sazlamalar

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü ötüb VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC
Milenio telekanalının yaydığı məlumata görə, Meksikada zəlzələ nəticəsində ən azı 204 nəfər ölüb.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib. Onun “Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Edomeksdə və 3 nəfər Herreroda ölüb.

Dünya 2017-09-20 07:05:00

Video