×
A
A
A
Sazlamalar

Türkiyədə PKK-ya məxsus daha iki cəbbəxana aşkarlanıb

İstanbul, 20 sentyabr, АZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Siirt vilayətinin Eruh rayonunda və Hakkari bölgəsinin Yüksekova ərazisində keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK-ya məxsus iki böyük cəbbəxana ələ keçirilib.
AZƏRTAC TSQ-nin Baş Qərargahına istinadla xəbər verir ki, cəbbəxanalarda xeyli miqdarda ağır silah, terrorçuların istifadə etdikləri geyim və ərzaq olub. Bundan başqa, sentyabrın 19-da Hərbi Hava Qüvvələri İraqın şimalinda yerləşən PKK məxsus bir neçə terrorçu düşərgəsini məhv edib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-20 04:09:00