×
A
A
A
Sazlamalar

Meksikada zəlzələ qurbanlarının sayı 40 nəfəri ötüb

Bakı, 20 sentyabr, AZƏRTAC
Meksikanın Morelos ştatında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Meksikanın Qrako ştatının qubernatoru Ramires öz “Twitter” səhifəsində ən azı 42 nəfərin öldüyünü yazıb.
Güclü təkanlar Mexiko şəhərində də hiss olunub. Mülki müdafiə məsələləri naziri Fausto Luqo zəlzələdən sonra baş verən yanğınlar, binaların uçması haqqında məlumat verib. Bir çox küçələr bağlanıb, yollarda tıxaclar yaranıb. Benito Xuares adına Meksika Beynəlxalq Aeroportu öz işini dayandırıb.

Dünya 2017-09-20 01:31:00