×
A
A
A
Sazlamalar

Türkan Nəsirova: Hərbçilərin dünya çempionatından Vətənə medalla qayıtmağa çalışacağam VİDEO

Bakı, 20 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Çalışacağam ki, Azərbaycanı mötəbər yarışda layiqincə təmsil edim.
Bunu AZƏRTAC-a müsahibəsində Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, hərbçilərin 32-ci dünya çempionatında ölkəmizi təmsil edən Türkan Nəsirova deyib.
T.Nəsirova qeyd edib: “Komanda yoldaşlarım kimi, mən də yarışa yaxşı hazırlaşmışam. İlk dəfədir hərbçilərin dünya çempionatına qatılıram. Ümidlərim böyükdür və Vətənə medalla qayıtmaq istəyirəm. Əsas məqsədim dünya çempionatında medal qazanmaq, Azərbaycanın dövlət himnini səsləndirmək və bayrağımızı yüksəltməkdir. Komanda yoldaşlarıma uğurlar diləyirəm”.

İdman 2017-09-20 00:57:00

Video