×
A
A
A
Sazlamalar

“Gənc sahibkar axtarışında” layihəsinin icrasına start verilib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Youth Inc.” sahibkarlıq proqramı çərçivəsində “Gənc sahibkar axtarışında” layihəsinin icrasına start verib. Üç ay davam edəcək layihə Bakı və Şəki şəhərlərinin gənclərini əhatə edəcək.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, gənclər arasında sahibkarlıq metodologiya və biliklərini formalaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək, habelə “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunun yaradılması məqsədilə keçirilən layihə çərçivəsində təlimçi şəbəkəsi formalaşdırılacaq. Şəbəkə Bakı və Şəki gənclərinə biznes və sahibkarlıq mövzusunda maarifləndirmə təlimləri keçəcək.
Hər iki şəhərdən seçilmiş beş biznes layihə ekspertlər tərəfindən baxıldıqdan sonra investorlarla görüşlər keçiriləcək. Həmçinin ekspertlərin qiymətləndirməsi nəticəsində ilk onluqda yer alan biznes layihələrin “Gənc sahibkarların ideyaları və startap ekosistemi” kataloqunda yerləşdirilməsi nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə nəşr olunacaq kataloqda biznes və startap ekosisteminə aid olan maarifləndirici məlumatlar, o cümlədən biznes inkubasiya mərkəzləri, onların maliyyə və investisiya mənbələri haqqında ətraflı məlumatlar yer alacaq.

Sosial 2017-09-19 23:06:00