×
A
A
A
Sazlamalar

Gürcüstan DİN: Bakı-Supsa əsas boru kəmərindən oğurluğun qarşısı alınıb

Tbilisi. 18 sentyabr. AZƏRTAC

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Bölməsinin Xüsusi Tapşırıqlar İdarəsinin işçiləri Bakı-Supsa magistral boru kəmərindən oğurluq cəhdinin qarşısını alıblar.
AZƏRTAC Gürcüstan DİN-ə istinadən xəbər verir ki, şöbənin işçiləri tərəfindən boru kəmərinə quraşdırılmış boru, açar və digər avadanlıqlar tapılıb.
Bildirilir ki, Kvemo Kartli Polis İdarəsinin Qardabani rayon şöbəsi hadisə ilə bağlı araşdırma aparır. Faktla bağlı iki nəfər saxlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Hadisə 2017-09-19 20:58:00