×
A
A
A
Sazlamalar

Çempionlar Liqasının növbəti mövsümünün finalının keçiriləcəyi stadionun adı sentyabrın 20-də açıqlanacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında müzakirə ediləcək.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı açıqlamasında deyib: “Prosedura uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri hazırlanaraq UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakının final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi təqdimat nümayiş etdirilib. Bu gün isə UEFA-nın yüksək idarə heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirov ilə birlikdə iştirak edirik. Sabah isə Cenevrədə UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və həmin turnirlərin final oyunlarının keçiriləcəyi şəhərlərin adları açıqlanacaq”.

İdman 2017-09-19 20:36:00