×
A
A
A
Sazlamalar

“D`ACCORDO” ansamblının ifasında barokko və renessans musiqisi səsləndirilib

Bakı, 19 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “D`ACCORDO” ansamblı “Barokko və renessans” adlı konsert proqramını təqdim edib. Ansamblın bədii rəhbəri İlahə Sadıqzadədir.
AZƏRTAC xəbər verir ki, solo hissədə Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (mezzo-soprano) çıxış ediblər.
Konsertdə Tilman Suzato, Mixael Pretorius, Antonio Vivaldi, Georq Hendel, Luici Bokkerini və digər bəstəkarların əsərləri səsləndirilib.

Musiqi 2017-09-19 20:22:00