×
A
A
A
Sazlamalar

Heydər Əliyev Sarayında tamaşaçılara yeni musiqilər təqdim olunacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Oktyabrın 12-də Heydər Əliyev Sarayında “Ulduzların dueti” adlı konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Almaz Orucova, Almaz Ələsgərova, Təyyar Bayramov, Zakir Əliyev, İlahə Əfəndiyeva, müğənnilər Rəşad İlyasov, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Ayaz Qasımov, Mirələm Mirələmov, Arzu Rzayev və başqaları çıxış edəcəklər.
Oktyabrın 18-də isə dünya şöhrətli fransız müğənni Patrisiya Kaas eyni məkanda konsert verəcək. Dünya turu çərçivəsində keçiriləcək konsertdə müğənni tamaşaçılara ən sevilən və “Patricia Kaas” albomuna daxil olan yeni musiqilərini təqdim edəcək.

Musiqi 2017-09-19 17:24:00