×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq festivaldan diplomla qayıdıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Başqırdıstanın Ufa şəhərində keçirilən Türkdilli Xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasını təqdim edib. Tamaşada məharətlə çıxış edən Əməkdar Artist Kəmalə Hüseynova Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. “Cəza” tamaşası çox gənc ikən ailə qurmuş qadının taleyindən bəhs edir.

Teatr və kino 2017-09-19 17:15:00