×
A
A
A
Sazlamalar

Şamaxıda son illər arı ailələrinin sayı 2000-dək artıb

Şamaxı, 19 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda son illər arıçılıq təsərrüfatı sürətlə inkişaf edir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, təkcə son beş ildə bölgədə arı ailələrinin sayı 2000-dək artaraq 6770-ə çatıb. Hazırda rayonda onlarca peşəkar arıçı yetişib ki, onların zəhməti sayəsində hər il respublikamızın iri şəhərlərinin, o cümlədən Bakı və Sumqayıtın bazarlarına tonlarla Şamaxı balı çıxarılır.
Qeyd edək ki, cari mövsümdə rayonda 68,7 ton bal əldə olunub. Bu, ötən ildəki göstəricidən 7,7 ton çoxdur. Bu mövsümdə Bakıda keçiriləcək yarmarkaya 5 tonadək Şamaxı balının çıxarılması nəzərdə tutulub.

Regionlar 2017-09-19 15:32:00