×
A
A
A
Sazlamalar

Çində 5419 vəzifəli şəxs partiya intizamını pozduğuna görə cəzalandırılıb

Pekin, 19 sentyabr, AZƏRTAC
Çində antikorrupsiya kampaniyası çərçivəsində avqust ayında 5419 vəzifəli şəxs müxtəlif formada cəzalandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Çin Kommunist Partiyasının İntizam Komissiyasının rəsmi saytında yerləşdirilib. Bildirilir ki, ay ərzində əsasən rüşvət alma, bahalı hədiyyələrin qəbul edilməsi və verilməsi, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə olunması və digər pozuntulara dair ümumilikdə 3859 hal üzrə partiya intizamının pozulması faktı qeydə alınıb. Cəzalananlar Kommunist Partiyasının mərkəzi və yerli aparatının məsul işçiləri, hökumət qurumlarının, dövlət şirkətlərinin və maliyyə təsisatlarının əməkdaşlarıdır.
Qeyd edək ki, cari il ərzində 29 minə yaxın hal üzrə 40 mindən çox vəzifəli şəxs cəzalandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2017-09-19 15:29:00