×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolları müəyyənləşib

Bakı, 19 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində ən yaxşı qolların sahibləri müəyyənləşib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İstanbulun “Beşiktaş” klubunun hücumçusu Cenk Tosunun səfərdə “Portu” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğunun nəticəsində həftənin ən yaxşı qolu seçilib. Türkiyəli futbolçunun matçın 28-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 37 faizinin səsini toplayıb.
Londonun “Çelsi” klubunun hücumçusu Pedro Rodrigesin “Qarabağ” ilə matçın 5-ci dəqiqəsində vurduğu qol 19 faiz səslə ikinci olub.
Üçüncü yerdə isə “Barselona”nın ulduz futbolçusu Lionel Messinin “Yuventus”a vurduğu qol olub. Bu qol 18 faiz səs toplayıb.

İdman 2017-09-19 15:00:00