×
A
A
A
Sazlamalar

Çində balıqçı qayığının batması nəticəsində 10 nəfər itkin düşüb

Pekin, 19 sentyabr, AZƏRTAC
Çinin Sarı dəniz sahil sularında balıqçı qayığının batması nəticəsində 10 nəfər itkin düşüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Şandun vilayətinin Veyxay şəhərindəki sularda xilasetmə xidməti bu gün səhər dənizdə balıqçı qayığının qəzaya uğraması barədə siqnal alıb. Dərhal hadisə yerinə xilasedici qüvvələr, o cümlədən 37 gəmi cəlb olunub. Hələlik axtarışlar bir nəticə verməyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2017-09-19 14:41:00