×
A
A
A
Sazlamalar

“Rosneft” və İraq Kürdüstan Regional Rəhbərliyi təbii qaz müqaviləsi imzalayıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) ilə təbii qaz müqaviləsi imzalayıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” Şimali İraqdakı təbii qaz boru kəmərlərinə investisiya yatırmağı qərara alıb. Şirkət İKRR-də təbii qaz boru kəmərinin maliyyələşdirilməsi ilə bu sahədə öz investisiyalarını genişləndirəcək.
“Rosneft” Şimali İraq qazının Türkiyə və Avropaya tədarükçüsü olmaq üzrə öz öhdəliyini artırıb. Boru kəməri Şimali İraqda istehlakçılara qaz çatdırılması ilə yanaşı, ildə 30 milyard kubmetr təbii qaz nəql edəcək.

Dünya 2017-09-19 14:50:00