×
A
A
A
Sazlamalar

“Yuğ”un yaradıcı kollektivindən yeni tamaşa - “Paradoks”

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yeni “Paradoks” tamaşasının məşqlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri yazıçı Qan Turalının “Prokurorun üç günü” əsəri əsasında səhnələşdirilib.
Rejissor Amid Qasımovun quruluş verdiyi tamaşada aktyorlar Vüqar Hacıyev və Ləman Novruzova çıxış edəcəklər.
Səhnə əsərinin premyerası oktyabr ayının üçüncü ongünlüyü üçün nəzərdə tutulur.
Qeyd edək ki, tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunacaq.

Teatr və kino 2017-09-19 14:45:00