×
A
A
A
Sazlamalar

“Palmali” Şirkətlər Qrupu “LUKoil”u məhkəməyə verib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Palmali” Şirkətlər Qrupu tərkibində fəaliyyət göstərən Türkiyənin “Palmali Denizçilik” şirkəti Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə verib.
AZƏRTAC “reuter.com”a istinadla xəbər verir ki, Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən olan “Palmali” müqavilə qaydalarını pozduğu səbəbi ilə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.
Qeyd edək ki, Rusiyanın ən böyük ikinci neft şirkəti olan “LUKoil” mərkəzi ofisi Cenevrədə yerləşən “Litasco” şirkətini bu ayın əvvəlində satılması barədə qərar qəbul etmişdi.

 

Dünya 2017-09-19 14:47:00