×
A
A
A
Sazlamalar

Nyu-Yorkda “Türk evi” binasının təməli qoyulub

İstanbul, 19 sentyabr, АZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Türk evi binasının təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təməlqoyma mərasiminə çoxlu sayda rəsmi şəxs, o cümlədən Türkiyə diasporunun təmsilçiləri qatılıblar. Yeni bina 1977-2013-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi və hazırda söküntü işləri başa çatan köhnə binanın yerində inşa olunacaq. Bildirilir ki, tikintisi 3 ilə başa çatması nəzərdə tutulan bina 36 mərtəbədən və 171 metr hündürlükdən ibarət olacaq.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-19 13:37:00