×
A
A
A
Sazlamalar

Qadınlar arasında voleybol üzrə Avropa Çempionatının iştirakçılarının heyəti və çempionatın cədvəli müəyyən olunub

Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 22-dən oktyabrın 1-dək qadınlardan ibarət komandalar arasında voleybol üzrə Avropa Çempionatı keçiriləcək. Çempionatda 16 ölkənin yığma komandaları, o cümlədən Azərbaycan yığması da iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək. Azərbaycan voleybolçuları “A” qrupunda çıxış edəcəklər. Komandamız ilk matçı sentyabrın 22-də keçirəcək. Həmin gün millimiz Macarıstan yığması ilə qarşılaşacaq.
Qrup raundunda qızlarımızın digər rəqibləri Almaniya və Polşa yığmaları olacaq.
Turnirin reqlamentinə görə, qrup raundlarının qalibləri birbaşa dörddəbir finala çıxacaqlar. Öz qrupunda ikinci və üçüncü yerləri tutan yığmalar 1/8 finaldan pley-off oyunlarına başlayacaqlar.
Qadınlar arasında voleybol üzrə 2017-ci il Avropa Çempionatının iştirakçılar heyəti.

A qrupu: Azərbaycan, Almaniya, Polşa, Macarıstan
B qrupu: Gürcüstan, İtaliya, Xorvatiya, Belarus
C qrupu: Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna
D qrupu: Serbiya, Niderland, Belçika, Çexiya

Qadınlar arasında voleybol üzrə 2017-ci il Avropa Çempionatının cədvəli (matçların başlanma Bakı vaxtı ilə göstərilib):

Qrup mərhələsi

22 sentyabr, cümə günü

13:30 Ukrayna – Rusiya
15:00 İtaliya – Gürcüstan
15:00 Serbiya – Çexiya
16:00 Macarıstan – Azərbaycan
18:00 Belarus – Xorvatiya
18:00 Niderland – Belçika
18:30 Polşa – Almaniya

23 sentyabr, şənbə günü

13:30 Bolqarıstan – Ukrayna
15:00 Gürcüstan – Xorvatiya
15:00 Çexiya – Belçika
16:00 Polşa – Macarıstan
18:00 İtaliya – Belarus
18:00 Serbiya – Niderland
18:30 Türkiyə – Rusiya

24 sentyabr, bazar günü

13:30 Bolqarıstan – Türkiyə
15:00 Gürcüstan – Belarus
15:00 Belçika – Serbiya
16:00 Azərbaycan – Polşa
18:00 Xorvatiya – İtaliya
18:00 Çexiya – Niderland
18:30 Almaniya – Macarıstan

25 sentyabr, bazar ertəsi

13:30 Rusiya – Bolqarıstan
16:00 Almaniya – Azərbaycan
18:30 Türkiyə – Ukrayna

Pley-off

1/8 final
26 sentyabr, çərşənbə axşamı

B2 (B qrupunda ikinci yeri tutmuş komanda) – D3 (D qrupunda üçüncü yeri tutmuş komanda)
D2 – B3

27 sentyabr, çərşənbə

A2 – C3
C2 – A3

1/4 final

28 sentyabr, cümə axşamı

1/2 final

30 sentyabr, şənbə günü

Üçüncü yer uğrunda matç, final

1 oktyabr, bazar günü

İdman 2017-09-19 13:05:00