×
A
A
A
Sazlamalar

2019-cu ildə “5G” smartfonları satışa çıxarılacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

2019-cu ildə “5G” smartfonları satışa çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, “Qualcomm” şirkətinin baş direktoru Stiven Molenkofun fikrincə, hazırda internetə sürətli çıxışa tələbat artır və bu amil smartfon istehsalçılarını 2020-ci il deyil, artıq 2019-cu ildə “5G” dəstəkli yeni smartfonlar təqdim etməyə vadar edir.
S.Molenkofun sözlərinə görə, ABŞ, Yaponiya və Koreyada bəzi operatorlar 2019-cu ildə “5G” texnologiyasının istifadəyə verilməsinə hazır olacaqlar. Ehtimal ki, gələn il Çin provayderləri də bu sıraya qoşulacaq.
"Hesab edirəm ki, həmişəki kimi, Koreya, Yaponiya və ABŞ ilk sıralarda olacaq. Biz həmin regionlarda tələbat artımını görəcəyik və bu o deməkdir ki, bir sıra operatorlar birinci ola və rəqiblərini geridə qoya bilərlər", – deyə S.Molenkof bildirib.

Dünya 2017-09-19 12:52:00