×
A
A
A
Sazlamalar

“Mariya” qasırğasının gücü maksimal beşinci kateqoriyaya çatıb VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Karib adaları hövzəsinə yaxınlaşan “Mariya” qasırğasının gücü maksimal beşinci kateqoriyaya çatıb.
AZƏRTAC xəbər verir ki, ABŞ milli qasırğalar mərkəzinin yaydığı məlumata görə, Saffir-Simpson cədvəli üzrə beşinci kateqoriyaya yüksələn “Mariya”nın gücü “fövqəladə dərəcə təhlükəli” həddə yüksəlib. Küləyin sürəti saatda 260 kilometrə çatır və arabir daha da güclənir.
Prezident Donald Tramp artıq qasırğa ilə əlaqədar ABŞ-ın xarici əraziləri olan Virciniya adalarında və Puerto-Rikoda fövqəladə vəziyyət tətbiq edib.
Xatırladaq ki, Karib adaları hövzəsi bundan bir qədər əvvəl son onilliyin ən şiddətli qasırğası olan “İrma”nın dağıdıcı təsirinə məruz qalmışdı.

Dünya 2017-09-19 12:06:00

Video