×
A
A
A
Sazlamalar

Payız Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq.
Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
Onun sözlərinə görə, həmin tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisində payız fəsli başlanacaq. Qış fəsli isə Azərbaycana dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.

Elm və təhsil 2017-09-19 10:35:00