×
A
A
A
Sazlamalar

“Aşqabad-2017”nin üçüncü günündə 30 dəst medal sahibini tapacaq

Aşqabad, 19 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Oyunların üçüncü günündə - sentyabrın 19-da idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, atçılıq, futzal, tennis, atletika, ciu-citsu, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.
Bu gün 30 dəst medal sahibini tapacaq.
Qeyd edək ki, “Aşqabad-2017”də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.


Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri

Aşqabad

İdman 2017-09-19 09:35:00