×
A
A
A
Sazlamalar

Azərbaycanın qadın voleybolçuları İtaliya yığması ilə yoldaşlıq görüşü keçirib

Bakı, 19 sentyabr, AZƏRTAC

Milli Gimnastika Arenasında Azərbaycanın və İtaliyanın qadın voleybolçuları arasında yoldaşlıq oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oyun 3:1 hesabı ilə İtaliya komandasının qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa Çempionatı sentyabrın 22-də start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi oktyabrın 1-i məlum olacaq.

İdman 2017-09-19 00:36:00