Azərbaycanın gənc cüdoçularının böyük uğuru
Bakı, 18 sentyabr, AZƏRTAC
Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində milli komandamız parlaq qələbələr qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qalxıblar. Gümüş mükafatları millimizə Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yazdırıblar. Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarını qazanıblar.
Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.
Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub