×
A
A
A
Sazlamalar

Azərbaycan qrossmeysteri “Oskar” blits-turnirinin qalibi olub

Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan qrossmeysteri Namiq Quliyev Parisdə keçirilən “Oskar” blits-turnirinin qalibi olub. Turnirdə 13 ölkədən 233 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edib.
AZƏRTAC xəbər verir ki, Namiq Quliyev mümkün 9 xaldan 8-ni toplayıb. Fransalı şahmatçı Jül Mussarın da aktivində eyni miqdarda xal var. Yerli şahmatçılar Maksim Laqard, Fabian Libişevski və ukraynalı Aleksandr Zubov onlardan yarım xal, on şahmatçı isə bir xal geri qalıblar.

İdman 2017-09-18 19:19:00