×
A
A
A
Sazlamalar

İraq Federal Məhkəməsi Kürd Regional Məclisinin referendum keçirmək barədə qərarını ləğv edib

İstanbul, 18 sentyabr, АZƏRTAC
İraq Federal Məhkəməsi (İFM) bu ölkənin Kürd Regional Məclisi (İKRM) tərəfindən qəbul edilən müstəqillik üçün sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan qərarı ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. İFM əsaslandırır ki, İraq Kürd Regional Məclisinin referendum barədə qərarı ölkə Konstitusiyasına ziddir.
İraqın Baş naziri Haydar el-İbadi bəyan edib ki, İraq Kürd Regional rəhbərliyi referendum keçirmək barədə fikrindən daşınmasa, rəsmi Bağdad ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-18 15:07:00