×
A
A
A
Sazlamalar

Ukrayna Ali Radası sərxoş sürücülərin cəriməsini 4 dəfə artırmaq istəyir

Kiyev, 18 sentyabr, AZƏRTAC
Ukraynanın Ali Radası avtomobili içkili idarə olunmasına görə ilk cərimənin məbləğinin 40 000 qrivenə (1524 dollar) çatdırılmasına dair qanun layihəsini qeydiyyata alıb və yaxınlarda müzakirəyə çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu qanun layihəsi Ukraynada avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı mübarizəni sərtləşdirəcək. Qanun layihəsində qeyd olunur ki, sərxoş sürücülərin yoxlanışı üçün xüsusi nişanlarla ərazilər müəyyənləşdiriləcək.
Xatırladaq ki, hazırda qanunvericiliyə görə, ilk dəfə içkili vəziyyətdə sükan arxasında oturan sürücü 10 000 qriven (382 dollar) cərimə olunur.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2017-09-18 13:43:00