×
A
A
A
Sazlamalar

Yağışlar terrorçulardan daha “qorxuludur”?

Praqa, 18 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, avropalıların məzuniyyət vaxtı ən çox ehtiyat etdiyi məsələlər - pis hava, xəstəliklər və yaşayış yerinin keyfiyyətsiz olmasıdır. Avropa İttifaqı üzvü olan ölkələrin vətəndaşlarının 68 faizi məzuniyyət vaxtı yağış yağmasından qorxur. Eyni zamanda, respondentlərin 38 faizi terror aktları baş verəcəyindən qorxur. Yaşı 55-dən yuxarı olanlar terror aktlarından daha çox çəkinirlər. Bu rəqəmlər ERV sığorta şirkətinin apardığı tədqiqatlar nəticəsində məlum olub.
Avropalıların bu il məzuniyyət vaxtı sevimli məşğuliyyəti su kənarında günəş vannası qəbul etmək olub (37 faiz). Rəyi soruşulanların 18 faizi məzuniyyət vaxtının çoxunu şəhərin görməli yerləri ilə tanışlığa və gəzintiyə həsr edib. Təxminən eyni sayda respondent böyük məmnuniyyətlə səfərə çıxdıqlarını bildirib.

 

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2017-09-18 13:31:00