×
A
A
A
Sazlamalar

SSRİ Xalq Artisti Zurab Sotkilava vəfat edib

Moskva, 18 sentyabr, AZƏRTAC. 

Məşhur opera müğənnisi, SSRİ Xalq Artisti Zurab Sotkilava Moskvada 80 yaşında vəfat edib. Bu barədə Rusiya Böyük Teatrının baş direktoru Vladimir Urin məlumat verib.
2015-ci ildə Zurab Sotkilavaya mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. Almaniyada əməliyyatdan və Rusiyada müalicədən sonra o, yenidən pedaqoji fəaliyyətini davam etdirib.
Z.Sotkilava 1937-ci ildə Suxumidə anadan olub. Tbilisi konservatoriyasını bitirdikdən sonra 1973-cü ildən Moskva Böyük teatrında çalışıb.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2017-09-18 12:31:00