×
A
A
A
Sazlamalar

Ukraynada qasırğa yaşayış məntəqələrinə ciddi ziyan vurub

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukraynanın qərbində bazar günü axşam və bazar ertəsi gecə baş verən qasırğa və güclü külək nəticəsində ölkənin 6 vilayətində 478 yaşayış məntəqəsi işıqsız qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukraynanın Xmelniski vilayətinin 187, Ternopolski vilayətinin 114, Çernovitsk vilayətinin 73, İvano-Frankovski vilayətinin 70, Karpat vilayətinin 33 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb. Elektrik enerjisinin bərpası üçün həmin yaşayış məntəqələrində 71 briqada çalışır.
Güclü külək nəticəsində 100-dən çox ağac aşıb, yaşayış və dövlət müəssisələrinə ciddi ziyan dəyib.
Sinoptiklər qasırğanın davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2017-09-18 12:22:00