×
A
A
A
Sazlamalar

Yaponiyanın Baş naziri növbədənkənar seçkilərə işarə vurub

Tokio, 18 sentyabr, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe parlamentin qarşıdan gələn sessiyası zamanı onun aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyünə işarə vurub.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Ş.Abe hökumətdə koalisiya tərəfdaşı Komey Partiyasının lideri Natsuo Yamaquçi ilə söhbət zamanı belə bir variantın mümkünlüyünü qeyd edib.
Baş nazirin son qərarı hökumətdəki yüksək vəzifəli rəsmi şəxslər və hakim koalisiya tərəfdaşı ilə müzakirələrdən sonra qəbul edəcəyi bildirilir. Parlamentin buraxılmasının sentyabrın 28-də başlayacaq növbədənkənar sessiyanın əvvəlində baş verəcəyi gözlənilir.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-18 08:07:00