×
A
A
A
Sazlamalar

Pakistanda partlayış nəticəsində azı beş nəfər həlak olub

İslamabad, 17 sentyabr, АZƏRTAC
Pakistanın şimal-qərbində, Navaqay qəbilələr ərazisində yolların birində məsafədən idarə edilən bombanın partladılması nəticəsində azı beş adam həlak olub.
Ölkə mətbuatının verdiyi məlumata görə terror aktını törədənlər axtarılır, hadisə yeri mühasirəyə alınıb.
Terror aktı ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2017-09-17 22:24:00