Futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" komandası "Kəpəz"i məğlub edib
Bakı, 17 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında "Qarabağ" komandası "Kəpəz"i məğlub edib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Topları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana qapıdan keçirib.
Matçda Türkiyənin "Trabzonspor" komandasından icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib.
Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" xallarını 12-yə çatdırsa da, turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. Bir xalı olan "Kəpəz" isə "Neftçi" ilə 7-8-ci yerləri bölüşür.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir